Dünya
Türkiyəli millət vəkili: “Türkiyə sülh variantını dəstəkləyir”
“Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinə ev sahiblik etməsi onun beynəlxalq arenada nüfuzunun artmasına, ayrıca olaraq Azərbaycan musiqisi və mədəniyyətinin tanınmasına böyük təsir göstərəcək”. Cümhuriyyət Xalq Partiyasının (CXP) İstanbuldan olan millət vəkili Əli Özgündüz Publika.Az-a belə deyib.
O, hesab edir ki, Azərbaycanın uğuru Türkiyənin uğurudur: “Qardaş Azərbaycanın nailiyyətlər əldə etməsinə sevinməyə bilmərik”.
Ermənistanin yarışda iştirakdan imtinasına toxunan türkiyəli millət vəkili bildirib ki, bu imtinanın heç bir mənası yoxdur: “Bu, ermənilərin günah kompleksinə bağlıdır. Üstəlik, yarışda qələbə qazana bilməyəcəklərini düşündükləri üçün Bakıya gəlməkdən imtina etdilər”.
Dağlıq Qarabağda müharibə ehtimalından danışan Əli Özgündüzün fikrincə, müharibə hər zaman ola bilər: “Biz münaqişənin sülh yoluya həllini dəstəkləyirik. Eyni zamanda, Ermənistanda işğal etdiyi torpaqlardan çıxmalıdır. Məsələ bu formada öz həllini tapmalıdır. Əks halda vəziyyət müharibə təhlükəsinə qədər davam edəcək.
Bu gün Ermənistanın sosial-iqtisadi vəziyyəti ağırdır, ölkə diaspor təşkilatlarından asılı dövlət halına gəlib, insanlar ölkəni tərk edirlər. Müharibə Ermənistanın bütün infrastrukturlarının sıradan çıxarılması ilə nəticələnər”.
Elnur Eltürk
Publika.Az
-
Region04:44Güclü zəlzələ Aralıq dənizini çalxaladı
-
İdman03:43Çempionlar Liqasının ən yaxşı on qolu - Video
-
Dünya03:13Hindistanda üçmərtəbəli bina çökdü - 20 nəfər dağıntılar altında qaldı
-
Magazin201:11Məşhur müğənni 48 yaşında vəfat etdi - Foto
-
Art00:45"Oğlum məni görəndə qorxub ağladı, elə bildi ki..." - Video
-
Qoroskop00:00Günün ulduz falı - Taleyin dərin qatları dəyişməyə başlayır
-
İdman7 Fevral 22:12"Barselona" Superliqadan getdi
-
Sosial7 Fevral 22:00AZTV-nin sədr müavininə ağır itki






























