Dünya
Netanyahu Xameneini öldürəcəklərini bildirdi: Tehrana hava yolu çəkmişik
İsrailin baş naziri Binyamin Netanyahu iyunun 13-də İrana qarşı başlatdıqları genişmiqyaslı hücumlardan sonra keçirdiyi ilk mətbuat konfransında açıqlamalar verib.
Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, Netanyahu İranın ali dini lideri Seyid Əli Xameneiyə qarşı sui-qəsd təşkil edə biləcəklərinə işarə edib: “Planlarımızı ictimaiyyət qarşısında təfərrüatlandırmayacağam, amma nə lazımdırsa edəcəyik”.
Baş nazir tez-tez döyüş təyyarələri ilə İranın paytaxtını bombaladıqlarını əlavə edib: "İsrail Tehranın səmasına nəzarət edir. Tehrana hava yolu çəkmişik. İran PUA-larının və mühüm radar sistemlərinin yarısı məhv edilib. İyunun 13-dən bu yana həyata keçirilən hücumlarda 10 nüvə alimi öldürülüb. Nüvə hədəflərini sistematik şəkildə məhv etməyə davam edirik”.
Netanyahu həmçinin ABŞ prezidenti Donald Trampla təmasda olduğunu bildirib və göstərdiyi dəstəyə görə Vaşinqton administrasiyasına təşəkkür edib.
Roza
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ































