Şaraadan Təl-Əvivə açıq mesaj: ÇƏKİLİN
Bizi izləyin

Dünya

Şaraadan Təl-Əvivə açıq mesaj: ÇƏKİLİN

Suriya prezidenti Əhməd əş-Şaraa "CBS News"a müsahibəsində İsrailə açıq mesaj göndərib.

Publika.az xəbər verir ki, əş-Şaraa İsrailin bu ölkədə işğal etdiyi ərazilərdən çıxmalı olduğunu bildirib.

"İsrail dekabrın 8-dən sonra ələ keçirdiyi bütün ərazilərdən geri çəkilməlidir. Suriya nə İsrailə, nə də başqasına təhlükə yaratmaq istəyir. Suriya, biz Dəməşqə daxil olduğumuzdan bəri İsrailə qarşı təxribat törətməyib. Ona görə də dünya Suriyanı dəstəkləməlidir", - deyə o qeyd edib.

Şaraa Suriyadakı vətəndaş müharibəsinin çox qəddar olduğunu bildirib. Qeyd edib ki, binaların dağıdılmasında məqsəd insanları yerindən etmək olub.

O, insanların böyük psixoloji sarsıntı keçirdiklərini və geri qayıtmaları üçün onlara yeni ümidlər verməyin vacibliyini vurğulayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm