Tramp və Kim Çen In görüşə bilər: "O, müsbət fikirlər səsləndirib"
Bizi izləyin

ABŞ

Tramp və Kim Çen In görüşə bilər: "O, müsbət fikirlər səsləndirib"

ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşə bilər.

Publika.az Yaponiyanın “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının birləşmə naziri Çon Don Yon məlumat verib.

Onun sözlərinə görə, görüş sərhəd kəndi olan Panmunjomda baş tuta bilər.

Çon əlavə edib ki, açıq mənbələrə əsaslanan analiz göstərir ki, ABŞ və Şimali Koreya liderləri danışıqlara hazır görünürlər. O vurğulayıb ki, Kim Trampla əvvəlki görüşlər barədə müsbət fikirlər səsləndirib və bu, müəyyən şərtlər daxilində onun yenidən görüşə hazır olduğunu göstərir.

Nazir qeyd edib ki, sammit yalnız o halda baş tuta bilər ki, Tramp Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimlərini müzakirə etməyə hazır olduğunu bildirsin. Pxenyan bu təlimləri uzun müddətdir özünə qarşı mümkün hücumun hazırlığı kimi qiymətləndirir.

Oktyabrın 1-də Ağ Evdən bildirilib ki, Donald Tramp Şimali Koreya lideri ilə öncədən şərtlər olmadan danışıqlara hazırdır. Qeyd olunub ki, Tramp prezidentliyinin ilk dövründə Kim Çen In ilə üç dəfə görüşüb və bu görüşlər Koreya yarımadasında vəziyyətin sabitləşməsinə töhfə verib. ABŞ-ın Şimali Koreyaya dair siyasətinin o vaxtdan bəri dəyişmədiyi vurğulanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm