ABŞ
Tramp kədərlidir: Üçüncü dəfə alınmayacaq
ABŞ prezidenti Donald Tramp Yaponiyadan Koreya Respublikasına gedərkən təyyarənin göyərtəsində jurnalistlərin suallarını cavablandırıb.
Publika.az ABŞ mətbuatına istinadla xəbər verir ki, Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun respublikaçının üçüncü prezidentlik müddətinə şansının olmaması barədə fikirlərini şərh edib.
Prezident qeyd edib ki, bildiyinə görə, onun yenidən bu vəzifəyə namizədliyini irəli sürməsinə icazə verilmir. O, əlavə edib ki, təfərrüatları oxuyanda məlum olur ki, bir daha namizədliyini irəli sürə bilməz və bu, onu kədərləndirir.
Bundan əvvəl Aşağı Palata sədri ABŞ Konstitusiyasına prezidentin səlahiyyət müddətini ardıcıl iki müddətlə məhdudlaşdıran 22-ci düzəlişin mövcudluğundan danışıb.
Bu düzəliş hələ 1951-ci ildə qəbul edilib. Xatırladaq ki, Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edərək qalib gəlib. Onun prezident kimi ilk müddəti 2017-ci ildən 2021-ci ilə qədər davam edib. 2016-cı il seçkilərində o, Demokratların namizədi Hillari Klintonu məğlub edib.
Tural
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO




























.png)

.jpg)





