Dünya
Pakistan və Əfqanıstan razılığa gəldi
 
                                    
                                    
                                    
                                Atəşkəs razılaşmasının əldə edilməsinin ardından Pakistan və Əfqanıstan nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüşlər yekunlaşıb. Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində atəşkəsin davam etdirilməsi barədə razılıq əldə olunub.
Publika.az xəbər verir kui, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirliyin yazılı bəyanatında qeyd edilir ki, Əfqanıstan və Pakistan arasında 18–19 oktyabr tarixlərində Dohada Türkiyə və Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəsin möhkəmləndirilməsi məqsədilə 25–30 oktyabr tarixlərində İstanbulda dörd ölkənin iştirakı ilə görüşlər təşkil edilib.
Tərəflər atəşkəsin qorunub saxlanılması ilə bağlı razılığa gəliblər. Atəşkəsin icrasına dair əlavə məsələlər isə 6 noyabrda İstanbulda keçiriləcək yüksək səviyyəli toplantıda müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.
- 
                     Nida Xəbər 12:48 Nida Xəbər 12:48Hikmət Hacıyev: Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsi... 
- 
                     Sosial11:20 Sosial11:20Milli Məclisdə jurnalistlərə qoyulan bu qadağa götürüldü 
- 
                     Dünya10:55 Dünya10:55Sinan Oğanın son görüntüsü gündəm oldu - FOTO 
- 
                     Sosial10:42 Sosial10:42Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı 
- 
                     MDB10:24 MDB10:24Rusiyada insanlar ərzaq almağı azaldırlar: Pul tapmırlar, yoxsa... 
- 
                     Magazin209:00 Magazin209:00Məşhur aktyor bir böyrəyini ona bağışlayacaq - FOTO 
- 
                     Avropa08:48 Avropa08:48Ukraynanın silah istehsalçısı Kiyevdə öldü 
- 
                     Sosial07:17 Sosial07:17Bu gün hava necə olacaq? - PROQNOZ 






 
        
    


























.jpg)




.jpg)
