ABŞ-dan qaçqınlarla bağlı ayrı-seçkilik: Ancaq ağdərililəri qəbul edəcək
Bizi izləyin

ABŞ

ABŞ-dan qaçqınlarla bağlı ayrı-seçkilik: Ancaq ağdərililəri qəbul edəcək

Tramp administrasiyası ABŞ-ın hər il qəbul etdiyi qaçqınların sayını 7500-ə qədər məhdudlaşdırır və onlar əsasən ağ dərili Cənubi Afrikalılar olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edilir ki, bu, müharibə və təqiblərdən qaçıb Amerikanı sığınacaq kimi seçənlərin sayını effektiv şəkildə azaldacaq.

Federal Reyestrdə dərc olunan yeni rəqəmlər üçün heç bir səbəb göstərilməyib. Onlar Demokratik prezident Co Baydenin keçən il müəyyən etdiyi 125,000 limitindən xeyli aşağıdır.

Daha əvvəl mətbuatda yayılan xəbərlərdə administrasiyanın əksəriyyəti ağdərili Cənubi Afrikalı olan cəmi 7500 qaçqını qəbul etməyi düşündüyü bildirilirdi.

Açıqlamada oktyabrın 1-dən başlayan 2026-cı büdcə ili ərzində 7500 qaçqının qəbul edilməsinin “humanitar əsaslarla və ya milli maraqlar baxımından əsaslandırıldığı” bildirilib. Qəbul ediləcək ağdərili Cənubi Afrikalılardan başqa heç bir xüsusi qrupdan bəhs edilməyib.

Bunun kimə şamil oluna biləcəyi ilə bağlı konkret təfərrüatlar təqdim olunmayıb. Bəyanata görə, “Ölkələrində qeyri-qanuni və ya ədalətsiz ayrı-seçkiliyin digər qurbanları” qaçqın hesab ediləcək.

Qaçqınların məskunlaşdırılması qrupları bildiriblər ki, bu elan dünyanın hər yerindən qaçqınların qarşılanmasında ölkənin tarixi rolunu rədd edir.

Milli köçürmə agentliyi olan "Global Refuge"nin prezidenti Kriş O'Mara Viqnarajda deyib ki, bu qərar təkcə qaçqınların qəbulu ilə bağlı məhdudiyyəti azaltmır, bu, bizim mənəvi mövqeyimizi sarsıdır.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm