Dünya
İrandan ABŞ-a nüvə məsələsi ilə bağlı ÇAĞIRIŞ
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə məsələsini həll etmək üçün ABŞ ilə qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Əraqçi ABŞ prezidenti Donald Trampı İsrail və Birləşmiş Ştatları dinc yolla həll üçün güclü diplomatiya aparmağa çağırıb: "Əgər hər iki tərəf bir-birinin hüquqlarına hörmət edərsə və qarşılıqlı maraqlara əsaslanan razılaşmaya hazır olarsa, dinc həll tamamilə mümkündür".
O, İranın nüvə obyektlərinə edilən hücumların ciddi ziyana səbəb olduğunu etiraf edib: "Nüvə texnologiyası idxal edilən bir şey deyil. Bu, İran alimlərinin məhsuludur və təkrarlana bilər".
İranlı nazir müharibənin nəticəni dəyişdirməyəcəyini iddia edib: "Bunu müharibə ilə sınasalar belə, nəticə dəyişməyəcək. Əgər aramızda müharibə başlasa, ABŞ nüvə obyektlərimizə hücum etsə, onda Birləşmiş Ştatların hərbi bazalarına və obyektlərinə zərbə endirəcəyimiz gözlənilməlidir. ABŞ prezidentinə məsləhətim və təklifim diplomatiyaya, danışıqlar yolu ilə həll yoluna qayıtmaqdır".
Roza
-
Sosial16:44Əli Əsədov sərəncam imzaladı
-
Sosial15:24Boşanma əxlaqsızlıq adlandırıldı: “MTV”yə xəbərdarlıq edildi
-
İdman14:50DÇ-2026-ya ev sahibliyi edəcək ölkədə ŞOK: Stadionda meyitlər tapıldı
-
Dünya14:43400 min döyüşçüdən Türkiyəyə gözlənilməz dəstək - Sayılı günlər qaldı
-
İdman13:52Ömər bu gözəllə nişanlandı: Dostunun əmisi qızıdır - FOTOLAR
-
ABŞ13:40Baydendən amerikalılara açıq çağırış: Liderlik əldən gedir, Rusiya və Çin...
-
Dünya11:52Lukaşenkodan qorxunc proqnoz: Qarşısını almasaq...
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...
















.png)



















