Bu virus dünyanı ağuşuna alır - Həkimdən xəbərdarlıq
Bizi izləyin

Dünya

Bu virus dünyanı ağuşuna alır - Həkimdən xəbərdarlıq

Son vaxtlar bütün dünyada, xüsusilə də Avropada A qripi viruslarının bir alt qrupu olan H3N2 sürətlə yayılır. Havalar soyuduqca, yüksək hərarət, üşütmə, ürəkbulanma və ishal kimi simptomları olan xəstəliklə bağlı insanların narahatlığı da artır.

Publika.az xəbər verir ki, bununla bağlı Türkiyənin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə üzrə baş direktoru Məhəmməd Emin Demirkol açıqlama yayıb.

Onun sözlərinə görə, mutasiyaya uğramış H3N2 virusu Avstraliyada başlayaraq Avropaya yayılmış bir qrip virusu növüdür və onun K variantı da bu yaxınlarda Avropada müşahidə olunub.

"Bu variantın, xüsusən də K tipinin, Türkiyədə hazırda heç bir təhlükə yaratmadığını açıq şəkildə deyə bilərik. Bu, təbii olaraq gözlədiyimiz bir variantdır. Qrip virusu hər il mutasiyaya uğrayır. Bu il də bu mutasiyaya məruz qalaraq bütün dünyada təsirli olmağa davam edir", - həkim qeyd edib.

Demirkol həmçinin qrip simptomları olan insanların izdihamlı yerlərdən çəkinməli, bol maye içməli və mümkün olduqda evdə dincəlməli olduqlarını vurğulayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm