Dünya
İran Cənubi Kiprə nota verdi: Nə baş verib?
İran Cənubi Kiprin (GCA) Tehrandakı səfiri Petros Nakuzisi Xarici İşlər Nazirliyinə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, GCA və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən verilən birgə bəyanatda İranın ərazi bütövlüyü ilə bağlı yer alan ifadələrə görə Cənubi Kiprin səfirinə etiraz notası verilib.
"Səfirə bildirilib ki, Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları İran ərazisinin ayrılmaz hissəsidir və ölkənin onlar üzərində tarixi, faktiki və mübahisəsiz suverenliyi şübhəsizdir. İran istənilən ərazi iddialarını qəti şəkildə rədd edir və bu cür bəyanatları milli suverenliyə və dövlətlərin ərazi bütövlüyünə hörmətin fundamental prinsiplərinin pozulması hesab edir", - bəyanatda qeyd olunub.
Xarici İşlər Nazirliyi həmçinin Kipr hakimiyyətini səhvi dərhal düzəltməyə və gələcəkdə oxşar hərəkətlərdən çəkinməyə çağırıb.
Roza
-
Sosial16:44Əli Əsədov sərəncam imzaladı
-
Sosial15:24Boşanma əxlaqsızlıq adlandırıldı: “MTV”yə xəbərdarlıq edildi
-
İdman14:50DÇ-2026-ya ev sahibliyi edəcək ölkədə ŞOK: Stadionda meyitlər tapıldı
-
Dünya14:43400 min döyüşçüdən Türkiyəyə gözlənilməz dəstək - Sayılı günlər qaldı
-
İdman13:52Ömər bu gözəllə nişanlandı: Dostunun əmisi qızıdır - FOTOLAR
-
ABŞ13:40Baydendən amerikalılara açıq çağırış: Liderlik əldən gedir, Rusiya və Çin...
-
Dünya11:52Lukaşenkodan qorxunc proqnoz: Qarşısını almasaq...
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...



































