Dünya
Nazir xəbərdarlıq etdi: Yaxınlaşdıqları anda atəş açacağıq
İraq Müdafiə Naziri Sabit Abbasi heç bir təhdidin İraqın təhlükəsizliyinə və sabitliyinə təsir etməsinə icazə verməyəcəklərini bildirib.
Publika.az xəbər verir ki, Abbasi bu barədə İraqın rəsmi agentliyi “INA”-ya açıqlamasında bildirib.
O, İraq sərhədlərinin təhlükəsizlik qüvvələrinin nəzarəti altında olduğunu söyləyib. Qeyd edib ki, İraq ordusu yüksək imkanlara və hər hansı bir təhlükəsizlik təhdidi ilə mübarizə aparmaq üçün möhkəm planlara malikdir:
"İŞİD elementlərinin hərəkətləri də daxil olmaqla heç bir təhdidin İraqın təhlükəsizliyinə və sabitliyinə təsir etməsinə icazə verməyəcəyik”.
İraq Daxili İşlər Naziri Əbdüləmir Şammari də Suriyadakı hadisələri yaxından izlədiklərini bildirib:
"Sərhəd xətti boyunca 620 kilometr uzunluğunda xəndəklər qazdıq və sərhəd məntəqələrində gecə-gündüz termal kameralarımız var. İraq sərhədlərinə hər hansı bir yaxınlaşma açıq atəşlə qarşılanacaq”.
Roza
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək




































