Böyük Britaniyadan Donbasla bağlı yeni plan: Hər iki tərəf...
Bizi izləyin

Dünya

Böyük Britaniyadan Donbasla bağlı yeni plan: Hər iki tərəf...

Donbasdan istənilən hərbi kontingentin çıxarılması ərazi mübahisəsini həll edə bilər.

Publika.az xəbər verir ki, bu təkliflə Böyük Britaniya nəşri “Spectator” çıxış edib. Nəşrin müəllifi öz baxış bucağını bölüşərək bildirib ki, hər iki tərəf Donbasdan geri çəkilməsi, regionu silahsızlaşdırılmış zonaya, daha sonra isə azad iqtisadi zonaya çevirəcək.

Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxmalıdır və bu, Moskvanın qoyduğu əsas tələbdir.

Bir gün əvvəl Ukrayna lideri Vladimir Zelenski Ukraynanın respublikanın silahlı qüvvələrinin bu ərazidən çıxarılması ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm