Əfsanənin oğlu Roma nəhənginə keçir
Bizi izləyin

İdman

Əfsanənin oğlu Roma nəhənginə keçir

“Latsio” və “Atalanta” əfsanəvi Paolo Maldininin oğlu, hücumameyilli yarımmüdafiəçi Daniel Maldininin transferi ilə bağlı razılığa gəlməyə yaxındırlar.

Publika.az xəbər verir ki, bu barədə italyan insayder Nikola Şira məlumat verib.

Tərəflər artıq 1 milyon avroluq icarə müqaviləsinin yekunlaşdırılmasına başlayıblar. Müqaviləyə əsasən, oyunçu 11 milyon+2 milyon avro bonuslara alına bilər. Əgər “qartallar” Avropa yarışlarına vəsiqə qazanarsa, bu müqavilə qüvvəyə minəcək.

Futbolçu Roma klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq və ildə 1,4 milyon avro qazanacaq.

Bu mövsüm oyunçu bütün turnirlərdə 11 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm