Dünya
Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın hərbi yolla ələ keçirilməsi ilə bağlı planlarını dəyişdirib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Trampın son vaxtlar Qrenlandiya ilə bağlı sərt çıxışları ABŞ liderinə qarşı impiçment ehtimalını artırıb.
Məlumata görə, bu çıxışlar ABŞ daxilində və Vaşinqtonun müttəfiqləri arasında həyəcan siqnalına səbəb olub. Demokratlar və bəzi Respublikaçılar Venesueladakı hadisələrdən sonra Tramp administrasiyasının Konqreslə məsləhətləşmədən yenidən böyük hərbi əməliyyata başlaya biləcəyindən narahatdırlar.
Hətta qanunvericilər dövlət katibi Marko Rubioya və Ağ Evin digər rəsmilərinə zəng ediblər. Onlar narahatlıqlarını bildirərək, administrasiyaya gələcək tədbirlər barədə məsləhət veriblər.
Respublikaçılar Tramp administrasiyasına xəbərdarlıq ediblər ki, Konqres üzvləri Qrenlandiyaya hərbi müdaxilə olarsa, prezidenti impiçment edə bilərlər.
Qeyd edək ki, yanvarın 21-də ABŞ prezidenti Donald Tramp Davosda NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi görüşdən sonra Qrenlandiya və bütövlükdə Arktika bölgəsinin gələcəyi ilə bağlı razılaşma üçün çərçivə yaradıldığını açıqlayıb. O, bu razılaşma çərçivəsində 1 fevralda qüvvəyə minməsi planlaşdırılan gömrük tariflərinin tətbiq edilməyəcəyini bildirib.
Roza
-
Rəsmi xronika16:49Bu şəxslər 1000 manat cərimə olunacaq
-
Region16:46Futbol diplomatiyası: Lukaşenko İrəvana gələcək?
-
Rəsmi xronika16:24Prezident 4 fərman, 1 sərəncam imzaladı
-
Sosial16:22Bu tarixdə güclü günəş partlayışları gözlənilir
-
Nida Xəbər 15:25Generalın oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA
-
Səhiyyə14:48Dünyada dəhşətli virus yayılır - Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
-
Dünya13:18Ukrayna müharibəsinin həlli: Rusiya əsas şərtini açıqladı
-
İqtisadi gündəm12:48Kərə yağı BAHALAŞDI - Yeni qiymətlər




































