Dünya
AİB anlaşıb, Rusiya yararlanır: 2000-dən çox mal İrana məhdudiyyətsiz daxil olur
Avrasiya İqtisadi Birliyi (AİB) ilə İran arasında sərbəst ticarət sazişi Tehrana 2000-dən çox müxtəlif malın məhdudiyyətsiz tədarükünə imkan verib.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri və Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri Sergey Tsivilev bildirib.
Tsivilevin sözlərinə görə, 18 fevralda keçiriləcək hökumətlərarası komissiyada Rusiya və İran ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi üçün konkret addımları müzakirə edəcəklər. O hesab edir ki, hər iki ölkənin rəsmilərinin ortaq məqsədi biznes-hökumət əlaqələrinin maksimum səmərəliliyini təmin etmək, ticarətdə davamlı artımı qorumaq və daha çox şaxələndirməyə nail olmaqdır.
"Avrasiya İqtisadi Birliyi ilə İran arasında keçən il qüvvəyə minən Azad Ticarət Sazişi bu prosesə təkan verib. Saziş sayəsində İrana 2000-dən çox malın tədarükünə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bunlara qənnadı məmulatları, un, yüngül sənaye məhsulları və müəyyən növ maşın və avadanlıqlar daxildir", - deyə Tsivilev bildirib.
Onun sözlərinə görə, ötən ilin yanvar-noyabr aylarında Rusiya ilə İran arasında ticarət dövriyyəsi 13,1% artaraq 4,8 milyard dollara çatıb.
Tural
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
-
Maraq dünyası9 Mart 16:58Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir


































