Sızmalar oldu: Netanyahu ilə görüşməkdən imtina etdi
Bizi izləyin

Dünya

Sızmalar oldu: Netanyahu ilə görüşməkdən imtina etdi

Sızmalar oldu: Netanyahu ilə görüşməkdən imtina etdi

Livan Prezidenti Cozef Aun İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barərdə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.

Qəzetə danışan livanlı mənbənin sözlərinə görə, Aun İsrail hücumları davam edərkən Livanda dövlət başçıları arasında birbaşa görüşə geniş etirazlar olduğundan xəbərdardır və görüşün əhatə dairəsi hələ də qeyri-müəyyəndir.

Mənbə Aun və Netanyahu arasında görüşün Livanda daxili siyasəti çətinləşdirəcəyini də vurğulayıb. O qeyd edib ki, Aunun görüşdən müxtəlif səbəblərdən, əsasən İsrailin Livana hücumlarını dayandırmaması səbəbindən imtina edib.

Mənbəyə görə, Aunun görüşdən imtina etməsinin digər səbəbi görüşlə bağlı sızmalar və İsrail nazirləri tərəfindən bu görüşün təsdiqlənməsi olub:

“İsraildə həm iki gün əvvəl səfir tərəfindən, həm də bu səhər görüşlə bağlı edilən “spekulyasiya” yalnız məyusluğu artırdı. Əgər belə bir görüş baş tutarsa və ictimaiyyətə açıqlanarsa, Aun bunu Livan xalqına izah etməlidir. Netanyahu və Tramp bu görüşü ictimaiyyətlə əlaqələr məqsədilə istəyirlər. Aun hazırda hücum altında olan, çox güclü daxili qütbləşmə yaşayan bir ölkənin prezidentidir və heç bir gələcəyi və ya nəticəsi olmayan prosesin bir hissəsi ola bilməz”.

Qeyd edək ki, İsrailin innovasiya, elm və texnologiya naziri Qila Qamliel, Benyamin Netanyahu ilə Livan prezidenti Cozef Aun arasında görüş olacağını açıqlamışdı.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm