Pezeşkiandan ABŞ və İsrailə mesaj: Bədəl ödəməyə hazırıq
Bizi izləyin

Dünya

Pezeşkiandan ABŞ və İsrailə mesaj: Bədəl ödəməyə hazırıq

“Avropa, ABŞ və İsrail bizim təkbaşına ayaq üstə durmağımızı istəmir. Amma bunun bədəlini ödəməli olsaq belə, uğura nail olacağıq”.

Publika.az xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian deyib.

O yerli mətbuata açıqlamasında bildirib ki, İran müharibə istəmir, lakin belə bir vəziyyət yaranarsa, geri çəkilməyəcək: “İnanıram ki, bütün problemləri birlikdə çalışaraq həll edə bilərik. Əgər bədəl ödənilməlidirsə, ödəyərik. Müharibəni kənara qoymaq lazımdır. Ancaq məcbur qalsaq, əyilməyəcəyik”.

Pezeşkian əlavə edib ki, İran cəmiyyəti hazırda ciddi təzyiq altındadır və bu təzyiqi azaltmaq üçün ziyalılar, sosioloqlar, sahibkarlar və dini liderlərlə birgə fəaliyyət göstərmək vacibdir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm