İsraildə gizli görüş: Masa arxasında dörd ölkə, bir hədəf - Türkiyə sonumuzu gətirə bilər
Bizi izləyin

Dünya

İsraildə gizli görüş: Masa arxasında dörd ölkə, bir hədəf - Türkiyə sonumuzu gətirə bilər

Fevralın 11-i dörd ölkənin iştirakı ilə İsraildə keçirilən Türkiyə ilə bağlı gizli görüşün pərdəarxası təfərrüatı ortaya çıxıb. İsrail Parlamentində ABŞ, Yunan Kipr Administrasiyası və Yunanıstan millət vəkillərinin iştirakı ilə keçirilən görüşdə Türkiyənin artan gücünə diqqət çəkilib.

Publika.az xəbər verir ki, İsrail Parlamentinin üzvü Ohad Tal Yunanıstanın “Kathimerini” qəzetinə verdiyi müsahibədə görüşün pərdəarxası detallarını izah edib.

O, Türkiyənin artmağa davam edən gücü ilə bağlı xəbərdarlıq edib. "Ankara, xüsusən də Suriyadakı təsirini artırmaqla Yaxın Şərqdəki mövqeyini gücləndirir. Həmçinin Liviya və Somali kimi digər ölkələrə hərbi dəstək verir. Məncə, Türkiyə İrandan daha təhlükəlidir. Çünki dünyanın demək olar ki, bütün ölkələri İranın təhdid olduğunu anlayıb və sanksiyalar tətbiq ediblər. Lakin Türkiyənin dostu çoxdur. Xüsusən də son zamanlar Ankaranın həm Qərb, həm də Şərqlə diplomatik münasibətləri olduqca yaxşıdır. Onların ABŞ və Çinlə də yaxşı münasibətləri var”, - o vurğulayıb.

Tal Türkiyə ilə bağlı görüşün prioritetlərinə diqqət çəkib: “Ankara bizim üçün böyük təhlükə yaradır. Biz tez hərəkət edərək müttəfiqlərimizlə əməkdaşlıq etməliyik. Keçirdiyimiz görüşün məqsədi Türkiyənin böyüməsinə və güclənməsinə mane olacaq bir ittifaq yaratmaq idi. Yunanıstan və Kipr də bizimlə razıdır.”

O, Türkiyənin nüvə silahı əldə etmə ehtimalının Tel-Əviv dairələrində tez-tez müzakirə olunduğunu və bunun üçün artıq planların hazırlandığını qeyd edib: "Türkiyə nüvə silahı əldə etsə, bu, təkcə İsrail üçün deyil, həm də digər müttəfiqlərimiz üçün də qiyamət olacaq. Bütün bu ehtimalları nəzərə alsaq, bir daha keçirdiyimiz görüşün əhəmiyyətini başa düşə bilərsiniz".

Tal, son olaraq, bu görüşlərin davam edəcəyini bildirib: "Növbəti görüşümüzü Afinada keçirmək qərarına gəldik. Türklərə vermək istədiyimiz mesaj olduqca aydındır. Onların bölgədəki artan gücünü qəbul etməyəcəyik. Buna qarşı durmaq üçün lazım olanı edəcəyik".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm