Sosial
Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən yaşayış kompleksində təlim keçirilib.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi və sistemdə su olmadığı, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun olmadığı və elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi də müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.
Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
-
MDB13:34Rusiyaya köçmək istəyən azərbaycanlılara xəbərdarlıq: Putin yeni qaydanı təsdiqlədi
-
Dünya12:40ABŞ tələb edir: Ukraynanı Ankaradakı tədbirə buraxmayın
-
İdman12:16İngilislər hakimi haqsız çıxardı: "Qarabağ"ın qapısına penalti təyin olunması yanlış idi
-
Dünya12:03İsraildə gizli görüş: Masa arxasında dörd ölkə, bir hədəf - Türkiyə sonumuzu gətirə bilər
-
Dünya11:32Afina Ankaraya qarşı gizli silah planını işə salır: Bu addımı atacaqlar
-
Maraq dünyası10:56Bu bürcləri böyük yeniliklər gözləyir: Tale tam dəyişir
-
Nida Xəbər 10:16Ərəstun Orucluya hökm oxundu
-
İdman09:20Səmaya baxıb Tanrıdan soruşdum ki, bir uşaq üçün bu necə həyatdır? - Osimhenin təsirli hekayəsi






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)






























