İdman
Qvardiola qısa məzuniyyət götürdü: Görün hara getdi - Fotolar
“Nyukasl” üzərində qələbədən sonra “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qısa məzuniyyət götürərək İtaliyaya yollanıb.
Publika.az xəbər verir ki, lakin o, Roma və ya Milana, hətta günəşli Neapola deyil, əsrin əvvəlində həyatının bir neçə ilini keçirdiyi Breşiyaya gedib.
Qvardiola yerli “Union Breşiya” (əslində onun keçmiş klubu olan “Breşiya”) ilə “Pro Patria” arasında keçirilən oyunu tribunadan izləyib. Pepin sabiq komandası 3:2 hesablı qələbə qazanaraq azarkeşlərini sevindirib.
Xatırladaq ki, futbolçu karyerasının son dönəmində Qvardiola “Breşiya”da Roberto Bacço və Andrea Pirlo ilə birgə çıxış edib. O, Karlo Mazzonenin rəhbərliyi altında qazandığı təcrübəni özü üçün çox faydalı hesab edir.
Heybət


-
Magazin112:22Şou-biznesi bir-birinə vuran qalmaqala onlar da qoşuldu - FOTO/VİDEO
-
İdman11:50Rusiyanı Almaniyaya dəyişən azərbaycanlı gözəl: Hər kəs ondan danışır - Fotolar
-
Rəsmi xronika11:34Prezident onları təltif etdi - SİYAHI
-
Rəsmi xronika11:27İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
-
İnanc10:48Pravoslavlarda da orucluq başladı: Onlar hansı qidaları yeyə bilməzlər?
-
Nida Xəbər 10:36Həqiqi hərbi xidmətlə bağlı dəyişiklik edilir
-
Nida Xəbər 10:27Balakənin sabiq icra başçısının həbs müddəti uzadıldı
-
Dünya09:54Zelenski: Putin Üçüncü Dünya Müharibəsini başladıb, indi əsas vəzifə odur ki...





































