Dünya
Fransadakı villa üstündə qalmaqal - Sabiq prezidentin oğluna qarşı savaş başlayıb
Qırğızıstan Fransada qaçaq keçmiş prezident Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevin aldığı “Zamok-Şato” villası ilə bağlı məhkəmə prosesi aparır.
Publika.az xəbər verir ki, bu barədə respublika prezidenti Sadır Japarov məlumat verib.
Onun sözlərinə görə, Qırğızıstanın Ədliyyə Nazirliyi bu proseslə 2025-ci ildən məşğuldur. Lakin prezident məhkəmə çəkişmələrinin illərlə davam edə biləcəyini və işin nəticəsinin hələlik qeyri-müəyyən olduğunu bildirib.
“Sürətli nəticə gözləmək olmaz. Məhkəmə prosesləri sabah bitmir, illərlə davam edir. Bundan başqa, həmin binanın gələcəkdə Qırğızıstana verilib-verilməyəcəyi də məlum deyil. Hər şey Tanrının əlindədir, zaman göstərəcək”, - deyə prezident "Kabar" agentliyinə müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, villa ilə bağlı məlumatı Maksim Bakiyevin keçmiş tərəfdaşı Aleksey Şirşov təqdim edib. Şirşov təsdiqləyib ki, “Elkat” şirkəti əvvəllər Bakiyevə məxsus olub və hazırda 68,5 milyon dollar dəyərində qiymətləndirilərək tamamilə dövlət mülkiyyətinə keçib.
Şirşov eyni zamanda Moskvada Qırğızıstanın “Yuxarı-Narın” Su Elektrik Stansiyaları layihəsi üzrə "RusHydro" qarşısındakı borcu ilə bağlı danışıqlarda iştirak edir. İlkin borc 37 milyon dollar olub, lakin faizlərlə birlikdə 51 milyon dollara yüksəlib. Beynəlxalq məhkəmə faizlərin hesablanması barədə qərar çıxarıb və məbləğ artmaqda davam edir. Japarov vurğulayıb ki, hazırkı hakimiyyət biznesmenlərin dövlət strukturlarına təsir göstərməsi kimi keçmiş təcrübələrin təkrarlanmasına imkan verməyəcək.
Xatırladaq ki, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev bildirib ki, Bakiyev ölkə sərhədini keçən kimi həbs olunacaq. 2014-cü ildə keçmiş prezident Bişkekdə nümayişçilərə atəş açılması ilə bağlı qiyabi olaraq məhkum edilib. 2023-cü ildə isə korrupsiya ilə əlaqədar daha bir hökm çıxarılıb. Ona verilən ümumi həbs müddəti 30 il təşkil edir.
Akqabay
-
MDB17:07Zelenski etiraf etdi: Görün iki il harada yaşayıb
-
Nida Xəbər 16:42Azərbaycan bayraqları İrəvan divarlarında: Türkləşmək istəmirik - FOTO
-
Region15:12Tibbi sığorta sisteminin fiaskosu: Ermənistanda həkimlərin etirazı başladı
-
Nida Xəbər 14:40İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT
-
Rəsmi xronika14:08Prezident dəyişikliyi imzaladı: Azərbaycanda...
-
Avropa13:34"Epşteyn işi" kral ailəsində qalmaqal yaratdı: 20 illik uçuş sirri yoxa çıxıb
-
Magazin112:22Şou-biznesi bir-birinə vuran qalmaqala onlar da qoşuldu - FOTO/VİDEO
-
İdman11:50Rusiyanı Almaniyaya dəyişən azərbaycanlı gözəl: Hər kəs ondan danışır - Fotolar










.jpg)

























