Dünya
Neft bu qiymətə olacaq - İran müharibəsi martın sonuna qədər bitməsə
Əgər Yaxın Şərqdəki döyüşlər fonunda təklif vəziyyəti mart ayının sonuna qədər yaxşılaşmazsa, qlobal neft qiymətləri, çox güman ki, 2008-ci ilin rekord həddi olan “Brent” markalı xam neftin bir bareli üçün 147 dollara çatacaq.
Publika.az xəbər verir ki, bu ssenari “Goldman Sachs” investisiya bankının analitiklərinin yenilənmiş proqnozuna əsasən irəli sürülüb.
Ekspertlərin yenilənmiş qeydinə görə, indi Hörmüz boğazından təchizatın 10 günlük deyil, 21 günlük fasiləsi və ardınca bir aylıq bərpa dövrü gözlənilir.
Bank həmçinin “Brent” neftinin orta qiymətlərinin mart və aprel aylarında bir barel üçün 98 dollar olacağını, ilin dördüncü rübündə isə 71 dollara düşəcəyini gözləyir. Boğazdan tədarükün bir ay ərzində dayandırıldığı daha yüksək riskli ssenaridə, “Goldman Sachs” bu səviyyələrin müvafiq olaraq 110 dollar və 76 dollar olacağını təxmin edir.
Tural
-
İdman18:24Sabiq hücumçuya vəzifə verildi
-
Hadisə17:22Gəncədə 17 yaşlı oğlan atasını bu səbəbdən öldürüb - TƏFƏRRÜAT
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar



































