Dünya
ABŞ laboratoriyalar ilə epidemiyaları idarə edir - Medvedyev
ABŞ böyük epidemiyaların yayılmasını idarə etmək imkanı əldə edib. Bu, dünyanın müxtəlif ölkələrində hərbi-bioloji laboratoriyalardan ibarət bütöv bir şəbəkənin yaradılması sayəsində mümkün olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedyev “Ekspert” jurnalında dərc olunan məqaləsində yazıb.
“ABŞ məlum olduğu kimi, digər ölkələri öz sınaqları üçün poliqon kimi istifadə edərək qlobal hərbi-bioloji şəbəkə yaradıb. Nəticədə milyonlarla insan fərqində olmadan ölümcül təhlükələrin girovuna çevrilir. Bu tədqiqatların nəticələri ABŞ-a epidemiyaların yayılmasını idarə etməyə və insanların müxtəlif xəstəliklərə qarşı davamlılığına təsir edən genetik amilləri öyrənməyə imkan verir”, - deyə Medvedyev qeyd edib.
Onun sözlərinə görə, Pentaqonun iştirakı ilə yaradılmış infrastruktur Yaxın Şərqdə, Cənub-Şərqi Asiyada, Afrikada və MDB məkanında fəaliyyət göstərən ikili təyinatlı təxminən 400 laboratoriyanı əhatə edir. Bu cür müəssisələr sağlamlıq üçün risk dərəcəsinə görə təsnif edilən bioloji agentlərlə işləmək üçün nəzərdə tutulub.
Medvedyev, həmçinin iddia edib ki, “The Last of Us” adlı Amerika serialındakı zombi-apokalipsis ssenarisi real ola bilər: “ABŞ-ın özünün qorunma təminatı olsa da, milli sərhədlər yaxınlığında yeni patogenlərin istifadəsi qlobal miqyasda yayıla biləcək təhlükəli insan və heyvan xəstəliklərinin yayılmasına imkan verəcək. Bu yayılmalar isə təbii proseslər kimi gizlədiləcək”.
Roza
-
Hadisə17:22Gəncədə 17 yaşlı oğlan atasını bu səbəbdən öldürüb - TƏFƏRRÜAT
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan




































