Dünya
Küveyt hava bazasına hücum nəticəsində ABŞ hərbçiləri yaralandı
Küveytdə yerləşən Əli əl-Salem hava bazasına pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində ən azı 15 amerikalı yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə “CBS News” iki ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Pilotsuz aparat İran ərazisindən buraxılıb.
Mənbə bildirib ki, yaralananların əksəriyyəti artıq xidmətə qayıdıb.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti açıqlama yayaraq, 98-ci zərbə dalğası çərçivəsində Küveytdəki Əli əl-Salem bazasına və İraqdakı Viktoriya düşərgəsinə hücum etdiklərini bildirmişdi. Açıqlamada, həmçinin Təl-Əviv, Hayfa, Petah Tikva və Beer-Şeva şəhərlərinin şimal və cənub istiqamətlərində də zərbələrin endirildiyi qeyd olunub.
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial5 May 21:36Anası o uşaqdan imtina etdi
-
Magazin25 May 21:12Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO

























.png)

.jpg)





