III Çarlz Trampa açılan atəşdən sonra ABŞ-a səfər edəcək?
Bizi izləyin

Dünya

III Çarlz Trampa açılan atəşdən sonra ABŞ-a səfər edəcək?

III Çarlz Trampa açılan atəşdən sonra ABŞ-a səfər edəcək?

Vaşinqtonda keçirilən rəsmi şam yeməyi zamanı silah səslərinin eşidilməsi və Donald Trampın təxliyə edilməsi Böyük Britaniya kralı III Çarlzın ABŞ-a planlaşdırılan səfərini sual altına qoyub.

Publika.az “Sky News”a istinadən xəbər verir ki, Bukingem sarayı baş vermiş hadisəyə baxmayaraq, kralın ABŞ səfərinin təxirə salınmayacağını rəsmən təsdiqləyib.

Məlumata görə, tərəflər arasında aparılan uzunmüddətli müzakirələrdən sonra kral və kraliçanın səfərinin əvvəlcədən müəyyən edilmiş plan üzrə baş tutacağı bəyan edilib.

Saraydan verilən açıqlamada deyilir: “Hökumətin tövsiyələri nəzərə alınaraq, Əlahəzrətlərinin dövlət səfərinin plan üzrə keçiriləcəyini təsdiqləyirik. Kral və kraliça səfərin baş tutması üçün zəhmət çəkən hər kəsə təşəkkür edir və sabahkı səfəri səbirsizliklə gözləyirlər”.

Qeyd olunur ki, təhlükəsizlik mülahizələrinə görə proqramda yalnız kiçik texniki dəyişikliklər ediləcək.

Xatırladaq ki, hadisə şənbə günü axşam Ağ Ev müxbirlərinin Vaşinqtondakı "Hilton" hotelində keçirilən şam yeməyi zamanı baş verib. Atəş səslərindən sonra ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp dərhal ərazidən uzaqlaşdırılıb. Atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen olduğu və hadisə yerindəcə saxlanıldığı bildirilir. Atışma zamanı bir polis zabiti zirehli jilet sayəsində ölümdən dönüb, başqa xəsarət alan olmayıb.

Qeyd edək ki, III Çarlzın ABŞ-a dördgünlük tarixi səfəri bu gün başlayır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm