Moskvada rəqəmsal karantin - Mobil internet kəsildi
Bizi izləyin

Dünya

Moskvada rəqəmsal karantin - Mobil internet kəsildi

Moskvada rəqəmsal karantin - Mobil internet kəsildi

Rusiyanın paytaxtı Moskva 5-9 may tarixlərində keçiriləcək “Qələbə Günü” tədbirləri ərəfəsində genişmiqyaslı rabitə məhdudiyyəti ilə üzləşib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, şəhərdə mobil internet və SMS xidmətləri müvəqqəti olaraq dayandırılıb.

Rəsmilər bu addımı təhlükəsizlik tədbirləri ilə əsaslandırır. Ukraynadan mümkün pilotsuz uçuş aparatlarının (PUA) hücum riskinə qarşı tətbiq edilən məhdudiyyət çərçivəsində, bəzi bölgələrdə yalnız kabel interneti işlək vəziyyətdə saxlanılıb.

Telekommunikasiya şirkətləri isə abonentləri əvvəlcədən SMS vasitəsilə xəbərdar edərək, bayram günlərində mobil rabitədə fasilələr ola biləcəyini qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm