İsrail böyük risklə üz-üzə: Çoxcəbhəli müharibə baha başa gələcək
Bizi izləyin

Dünya

İsrail böyük risklə üz-üzə: Çoxcəbhəli müharibə baha başa gələcək

İsrail böyük risklə üz-üzə: Çoxcəbhəli müharibə baha başa gələcək

İsrailin 2023-cü ilin oktyabrından başlatdığı çoxcəbhəli hərbi əməliyyatlar ölkə iqtisadiyyatına ciddi təzyiq göstərir. Artan müdafiə xərcləri fonunda hökumət büdcəni nəzarətdə saxlamaqda çətinlik çəkir və borc yükü sürətlə böyüyür.

Publika.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.

Bildirilib ki, Baş nazir Benyamin Netanyahunun təşəbbüsü ilə hazırlanan və 10 ili əhatə edən təxminən 95 milyard dollarlıq müdafiə planı maliyyə sabitliyi ilə bağlı narahatlıqları daha da artırıb. Rəsmilərə görə, uzunmüddətli xərclərin ümumi dəyəri daha yüksək ola bilər.

Mərkəzi Bankın rəhbəri Amir Yaron ölkənin artıq artan borc riski ilə üz-üzə olduğunu bildirib. Proqnozlara əsasən, İsrailin borcunun ÜDM nisbəti 2035-ci ilə qədər 83 faizə çata bilər.

Ekspertlər qeyd edirlər ki, bu hesablamalar hərbi əməliyyatların tezliklə başa çatacağı ehtimalına əsaslanır, lakin mövcud vəziyyət bu ssenarinin reallığını sual altına qoyur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm