Dünya
3I/ATLAS-la bağlı ŞOK İDDİA - Planetlərə canlı orqanizmləri səpələyir
Harvard Universitetinin astrofiziki Avi Leb 2025-ci ilin ortalarında Günəş sisteminə daxil olan "3I/ATLAS" adlı ulduzlararası obyektin məqsədi ilə bağlı maraqlı fərziyyə irəli sürüb.
Publika.az "Futurism" nəşrinə istinadla xəbər verir ki, alim bu obyektin süni mənşəli, yəni nəhəng bir yadplanetli gəmisi ola biləcəyini istisna etmir.
Əksər mütəxəssislər "3I/ATLAS"ı ulduzlararası komet hesab etsələr də, Leb fərqli düşünür. Onun fikrincə, obyekt keçdiyi planetlərə digər ulduz sistemlərindən gətirdiyi canlı orqanizmləri "səpələmiş" ola bilər. Alim qeyd edib ki, bu, obyekt təbii mənşəli olsa belə, baş verə bilərdi.
Leb "yönləndirilmiş panspermiya" ehtimalını da nəzərdən keçirir. Bu nəzəriyyəyə görə, "3I/ATLAS" həyatın yayılması missiyası çərçivəsində naməlum bir "ulduzlararası bağban" tərəfindən idarə olunur. Alim bu ehtimalı obyektin trayektoriyasının Günəş sistemindəki yaşayış üçün yararlı planetlərin orbit müstəviyəti ilə üst-üstə düşməsi və Günəşə doğru böyük hissəciklərdən ibarət axın püskürtməsi ilə əsaslandırır.
Qeyd edək ki, Avi Leb nüfuzlu bir elm adamı kimi tanınır. O, "Galileo" layihəsinin rəhbəri, Harvard Universitetində Qara dəliklərin tədqiqi təşəbbüsünün təsisçi direktoru və Harvard-Smitson Astrofizika Mərkəzində Nəzəriyyə və Hesablamalar İnstitutunun direktorudur. Leb keçmişdə Harvard Universitetinin Astronomiya kafedrasına da rəhbərlik edib.
Hüseyn İbadlı
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO





















.jpg)










