Dünya
Qara dənizdə gərginlik: Tankerlərə dron hücumu oldu
Qara dənizdə üç yük gəmisinə dron hücumu edilib. Türkiyənin gəmiçilik agentliyi bildirib ki, Sierra Leone və Palau bayraqları altında üzən tankerlər hücuma məruz qalıb.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, gəmilər həm hərəkətdə olarkən, həm də lövbərdə dayanarkən vurulub.
Məlumata əsasən, Palau bayrağı altında üzən “James II” tankerinə pilotsuz aparat hücumu təşkil olunub. Hadisə Sinop vilayətinin Türkəli rayonu yaxınlığında, təxminən 80 kilometr məsafədə qeydə alınıb. Sierra Leone bayrağı altında üzən “Altura” və “Velora” tankerləri də hücuma məruz qalan gəmilər arasında olub.
Hadisədən dərhal sonra bölgəyə xilasetmə katerləri göndərilib. Agentliyin yaydığı məlumata görə, ekipaj üzvləri təhlükəsiz vəziyyətdədir. Tankerlərin zədələnmə səviyyəsi barədə isə hələlik rəsmi açıqlama verilməyib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu hadisəyə münasibət bildirib. O qeyd edib ki, “Altura” tankeri pilotsuz katerlə məqsədli şəkildə vurulub. Nazir bildirib ki, hücum gəminin ən həssas hissələrindən biri olan maşın bölməsinə edilib.
Qeyd olunur ki, oxşar hücum bir müddət əvvəl Rusiya sularında da baş verib. Liberiya bayrağı altında üzən neft tankerinə ziyan dəyib.
Bundan bir gün əvvəl isə İran və ABŞ arasında gərginlik daha da artıb. İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında ABŞ-a məxsus ticarət gəmisinə zərbə endirməyə cəhd edib. ABŞ qüvvələri tankerin istiqamətinə uçan dörd dronu məhv edib.
Adəm
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
















.jpg)




















