Dünya
Rusiya səfiri XİN-ə çağırıldı: NATO məsələyə qarışdı
Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipovu nazirliyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu "X" sosial şəbəkəsində paylaşım edib.
“Biz Rusiya Federasiyasının səfirini Xarici İşlər Nazirliyinin qərargahına çağırdıq”, - deyə nazir bildirib.
Diplomatın sözlərinə görə, Rumıniya Müdafiə Nazirliyində pilotsuz uçuş aparatının guya Rusiya mənşəli olduğunu göstərən sübutlar var. Lakin o, konkret dəlillər təqdim etməyib.
Rumıniyanın “Mediafax” agentliyi isə həmin gün dronun ölkənin şərqində yerləşən Qalaç şəhərində yaşayış binasına çırpıldığını yazıb. Hadisə nəticəsində mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb.
Oana Tsoyu daha sonra bildirib ki, sərhədyanı ərazidə yaşayış binasına pilotsuz aparatın düşməsi NATO-nun 4-cü maddəsi çərçivəsində məsləhətləşmələrə əsas yarada bilər.
NATO-nun sözçüsü Allison Hart isə alyansın baş katibi Mark Ruttenin insidentdən sonra Rumıniya rəhbərliyi ilə əlaqə saxladığını açıqlayıb.
Bununla yanaşı, NATO nümayəndəsi hadisənin Rusiya ilə əlaqəli olduğunu iddia edib.
Adəm
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
















.jpg)




















