Dünya
Çinlilər dostluq kodunu sındırdılar
Alimlər sübut ediblər ki, insanlar özlərinə bənzər psixi xüsusiyyətlərə malik şəxslərlə dostluq edir və onlara aşiq olurlar.
Publika.az "İzvestiya"ya istinadla xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırma "ikiqat empatiya" konsepsiyasını təsdiqləyib.
Eksperiment göstərib ki, beyin sinxronizasiyası ən yaxşı səviyyədə autizm əlamətləri oxşar olan insanlar arasında baş verir. Söhbət klinik diaqnozlardan deyil, bir ucunda ətrafdakılarla tam uyğunlaşma, digər ucunda isə başqalarının varlığına dözə bilməməyin dayandığı bir şkaladan gedir.
Normotip insanlar bu şkalanın ortasında yerləşir və şüuraltı olaraq tərəfdaşlarını öz seqmentlərindən seçirlər. Britaniyalı Damien Miltonun "ikiqat empatiya" nəzəriyyəsinə görə, ünsiyyətdə çətinliklər təkcə autizmli insanda deyil, hər iki tərəfdə yaranır.
Bununla belə, ekspertlər yalnız eyni düşüncəli insanların dairəsinə qapanmamağı, fərqli düşünən insanlarla da əlaqə qurmağı tövsiyə edirlər. Bu, stereotipləri aşmağa və dünyagörüşünü genişləndirməyə kömək edir. Hətta sizi qıcıqlandıran bir tərəfdaşla qarşılıqlı münasibət gözlənilməz dərəcədə dərin əlaqələrə çevrilə bilər.
Hüseyn İbadlı
-
Hadisə20:36Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO





































