Dünya
Türkiyə yeni dövrə hazırlaşır - Yunanıstanda narahatlıq
Yunanıstanın “OnAlert” nəşri Türkiyənin Antalya körfəzində keçirdiyi “Dənizqurdu-2026” təlimini geniş təhlil edib.
Publika.az xəbər verir ki, nəşrə görə, təlim Türkiyənin son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək məqsədi daşıyıb.
Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Şərqi Aralıq dənizini əhatə edən təlimdə 125 gəmi, 60 hava vasitəsi və 18 min hərbi qulluqçu iştirak edib.
Təhlildə xüsusilə “TCG Sakarya” sualtı qayığından buraxılan yerli istehsal “AKYA” ağır torpedosuna diqqət çəkilib. Bildirilib ki, torpedo təxminən 10 kilometr məsafədəki hədəf gəmini uğurla vuraraq qısa müddətdə sıradan çıxarıb. Bundan başqa, “TCG Burgazada” korvetindən atılan “Atmaca” gəmiəleyhinə raketi 102 kilometr uzaqlıqdakı hədəfi məhv edib.
Məqalədə Türkiyənin çoxqatlı hava hücumundan müdafiə sistemi də vurğulanıb. Qeyd olunub ki, “Hisar-D” raketi yüksək sürətlə hərəkət edən hava hədəfini uğurla vurub. “Pirana” pilotsuz kamikadze dəniz vasitəsinin təlimdə iştirakı isə Türkiyənin pilotsuz sistemlər sahəsində çatdığı səviyyənin göstəricisi kimi dəyərləndirilib.
Nəşr təlimi bölgədə mühüm çəkindirici amil kimi xarakterizə edib. Həmçinin, qeyd edilib ki, Türkiyə pilotsuz dəniz vasitələri ilə döyüş gəmilərinin koordinasiyalı istifadəsinə əsaslanan yeni konsepsiyalar hazırlayaraq dəniz müharibəsi doktrinasında yeni dövrə hazırlaşır.
Müəllif: Roza
-
Maraq dünyası10:18Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR
-
Sosial09:54Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər
-
İqtisadi gündəm09:36ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
-
Qoroskop09:12İyulda pul yağışı: Bu iki bürc böyük qazanc əldə edəcək
-
ABŞ08:49ABŞ İrana bu məsələdə kömək edəcək - Vens
-
Sağlamlıq07:55Satışa çıxarılan qarpızlar... - Mütəxəssislərdən xəbərdarlıq
-
Magazin102:18Azərbaycanda xanəndə dünyasını dəyişdi - Foto
-
Qoroskop01:40Günün ulduz falı: gələcək planlarınızı gözdən keçirin




































