Dünya
Trampın Moskva gedişi Avropanı silkələdi - Aİ kənarda qalmaqdan qorxur
Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə Avropa İttifaqını (Aİ) prosesdən kənarda saxlayaraq ayrıca dialoq qura biləcəyindən ehtiyatlanır.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa siyasi dairələrində aparılan müzakirələrə və mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, narahatlığa səbəb Trampın son dövrdə Rusiya prezidenti Vladimir Putinlə təmasları olub. Xüsusilə iyunun 14-də baş tutan və təxminən bir saat davam edən telefon danışığı Avropa paytaxtlarında diqqətlə izlənilib.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffin yenidən Moskvaya səfər edə biləcəyi də müzakirə olunur.
Eyni zamanda, Trampın kürəkəni Cared Kuşnerin Vaşinqton–Moskva təmaslarında mümkün iştirakı ilə bağlı ehtimallar da gündəmdədir.
Qeyd olunur ki, bu vəziyyət Aİ-də Vaşinqtonun Moskva ilə ikitərəfli danışıqlara üstünlük verərək Avropa tərəfdaşlarını qərarvermə prosesindən uzaqlaşdıra biləcəyi ilə bağlı narahatlıqları artırıb.
"Politico" yazır ki, Avropa ölkələri beynəlxalq təhlükəsizlik və müxtəlif böhranların həlli fonunda ABŞ-Rusiya təmaslarının inkişafını yaxından izləyir.
Müəllif: Adəm
-
Dünya14:33Trampla Bricitin salamlaşması gündəm oldu: ABŞ lideri onun əlini buraxmadı - VİDEO
-
İdman14:12DÇ-2026-da ilk qolu vuran futbolçunun həyat yoldaşı - FOTOLAR
-
Rəsmi xronika13:53Prezident fərman imzaladı
-
Sosial12:47İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
-
Sosial12:22Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
-
Nida Xəbər 11:46Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
-
Maraq dünyası10:18Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR
-
Sosial09:54Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər












.png)





















