Dünyanın ən təhlükəli 10 tektonik qırılma xətti açıqlandı - Siyahı
Bizi izləyin

Dünya

Dünyanın ən təhlükəli 10 tektonik qırılma xətti açıqlandı - Siyahı

Dünyanın ən təhlükəli 10 tektonik qırılma xətti açıqlandı - Siyahı

Beynəlxalq Seysmologiya Mərkəzi Yer qabığında böyük enerji toplayan və yüksək zəlzələ riski daşıyan dünyanın ən aktiv 10 qırılma xəttinin siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, alimlərin fikrincə, bu xətlər milyonlarla insanın yaşadığı ərazilər üçün ciddi təhlükə yaratmaqda davam edir.

Siyahının ilk üç pilləsində Sunda Meqatrastı (İndoneziya), Yaponiya Çökəkliyi (Yaponiya) və Peru-Çili Çökəkliyi - Atakama Meqatrastı (Cənubi Amerika) qərarlaşıb.

Siyahıda 4-cü yeri San Andreas qırılma xətti (ABŞ, Kaliforniya) tutur. Türkiyənin Şimali Anadolu qırılma xətti isə 5-ci sırada yer alıb.

Onluqda həmçinin Alp (Yeni Zelandiya), Kaskadiya Subduksiya Zonası (Şimali Amerika), Filippin Çökəkliyi, Çaman fay xətti (Pakistan-Əfqanıstan) və Şərqi Afrika rift sistemi (Böyük rift vadisi) də yer alır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm