“Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatdı
Bizi izləyin

Dünya

“Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatdı

“Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatdı

Konqo Demokratik Respublikasında (KDR) "Ebola" virusundan ölənlərin sayı son sutka ərzində daha 6 nəfər artaraq 232-yə çatıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.

Məlumata görə, yoluxanların sayı da 21 nəfər artaraq 896-ya yüksəlib. Səhiyyə orqanları virusun ölkənin yeni ərazilərinə yayılması riskinin davam etdiyini bildirirlər.

Qeyd edək ki, hazırkı epidemiya mayın 15-də KDR-in şərqində başlayıb. Xəstəliyin episentri İturi əyalətidir. Qonşu Uqandada da "Ebola"ya yoluxma və ölüm halları qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm