Tramp medal lentini bağlaya bilmədi, hərbçi çətin vəziyyətdə qaldı - Video
Bizi izləyin

Dünya

Tramp medal lentini bağlaya bilmədi, hərbçi çətin vəziyyətdə qaldı - Video

Tramp medal lentini bağlaya bilmədi, hərbçi çətin vəziyyətdə qaldı - Video

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən hərbi təltifetmə mərasimində çətin anlar yaşayıb.

Publika.az xəbər verir ki, mərasim zamanı Tramp ABŞ ordusunun mayoru Nikolas Dokeriyə "Şərəf Medalı" təqdim edərkən onu bağlaya bilməyib.

Uzun sürən cəhdlərdən sonra Tramp lenti əl ilə düyünləyərək bağlayıb və bu səbəbdən medal hərbçinin boynunu sıxıb. Daha sonra o, mayorun kürəyinə vuraraq prosesi tamamladığını ifadə edib.

Mərasimdən əvvəl etdiyi çıxışında Trampın medalı özünə vermək istədiyi ilə bağlı yumoristik açıqlamaları da diqqət çəkib. "Bu yüksək hərbi şərəfə yalnız bir neçə nəfər layiq görülüb. Onu özümə vermək istəyirdim, amma mənə bunun mümkün olmadığı deyildi", - o qeyd edib.

Mərasimdə yaşanan anlar sosial mediada geniş müzakirələrə səbəb olub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm