Rusların telefon zarafatı bu ölkəni qarışdırdı: İstefası tələb olunur
Bizi izləyin

Dünya

Rusların telefon zarafatı bu ölkəni qarışdırdı: İstefası tələb olunur

Rusların telefon zarafatı bu ölkəni qarışdırdı: İstefası tələb olunur

Yunanıstanda baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Thanos Dokosun özlərini Ukrayna rəsmisi kimi təqdim edən rus komediyaçılarının telefon zarafatına aldanması ölkədə siyasi qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, yerli medianın məlumatına görə, Dokos Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov olduğunu zənn etdiyi şəxslə danışıq aparıb.

Bildirilib ki, o, danışıq zamanı Ukraynadakı müharibə və NATO Sammiti ilə bağlı fikirlərini bölüşüb.

Hadisəni təşkil edən rus komediyaçıları Vladimir Kuznetsov və Aleksey Stolyarov bildiriblər ki, Dokosu aldatmaq üçün yalnız elektron poçt hesabı və qrimdən istifadə ediblər. Onlar Yunanıstan hökumətinin "süni intellekt dəstəkli hibrid hücum" iddialarını da təkzib ediblər.

Yunanıstan hökuməti isə görüş zamanı heç bir məxfi və ya dövlət sirri xarakterli məlumatın paylaşılmadığını açıqlayıb. Həmçinin hadisədən sonra kommunikasiya təhlükəsizliyinin gücləndirilməsi üçün yeni tədbirlərin görüldüyü bildirilib.

Müxalifət partiyaları hökuməti hadisəni ört-basdır etməkdə ittiham edərək Thanos Dokosun vəzifədən azad edilməsini tələb ediblər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm