Ölüm belə onları ayırmadı: Bəy mərhum nişanlısı ilə evləndi - FOTO
Bizi izləyin

Dünya

Ölüm belə onları ayırmadı: Bəy mərhum nişanlısı ilə evləndi - FOTO

Ölüm belə onları ayırmadı: Bəy mərhum nişanlısı ilə evləndi - FOTO

Malayziyada bəy vəfat edən nişanlısı ilə onun dəfni günü "xəyalət toyu" keçirib.

Publika.az xəbər verir ki, bu barədə "Mothership" nəşri məlumat yayıb.

Ölkədə SaKira Saw ləqəbi ilə tanınan bloger və nişanlısı Conun toyu noyabr ayında keçirilməli idi. Lakin gənc qadın iyunun 23-də gözlənilmədən vəfat edib.

İyunun 28-də, dəfn mərasimlərinin son günündə Con mərhum nişanlısı ilə "xəyalət toyu" (ghost wedding) təşkil edib.

Bəy şarlar və güllərlə bəzədilmiş yol boyunca nişanlısının tam ölçülü maketinin yanından keçərək tabuta yaxınlaşıb. Mərasim zamanı zaldakı böyük ekranda SaKiranın ailəsi və nişanlısı ilə çəkilmiş fotolarından ibarət video nümayiş etdirilib.

Daha sonra Con nişan üzüyünü mərhum sevgilisinin barmağına taxıb və göz yaşlarını saxlaya bilməyib.

"Xəyalət toyu"ndan sonra qonaqlar və bəy üçün ənənəvi çay mərasimi keçirilib, Con isə toy tortunu kəsib.

O, daha sonra mərhum nişanlısının sosial şəbəkə hesabında duyğusal paylaşım edərək belə yazıb:

"Amma növbəti həyatda səni mütləq yenidən tapacağam və ömrümün sonuna qədər səninlə qalacağam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm