Dünya
"Qazax şahzadəsi" ABŞ-da 35 milyonluq malikanəni cəmi 10 dollara aldı - FOTO
ABŞ-ın Nyu-Cersi ştatında ən bahalı malikanələrdən biri cəmi 10 dollara satılıb.
Publika.az xəbər verir ki, "New York Post" nəşrinin yaydığı məlumata görə, alıcı Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevın ögey oğlu və Malayziyanın sabiq baş naziri Nəcib Razakın kürəkəni Daniyar Kesikbayev olub.
Məlumata görə, Nyu-Cersinin nüfuzlu Alpine rayonunda yerləşən və 2 Margo Way ünvanında olan malikanə 2025-ci ilin martında rəsmi sənədlərdə simvolik olaraq cəmi 10 dollara Kesikbayevin adına keçirilib. Halbuki ABŞ vergi orqanları 2026-cı ildə bu mülkün bazar dəyərini 35,5 milyon dollar qiymətləndirib.
1600 kvadratmetrdən çox sahəsi olan malikanədə 9 yataq otağı, tam ölçülü basketbol meydançası, boulinq zalı, ev kinoteatrı, kitabxana, şərab zirzəmisi və iki hovuz var.
Qeyd olunur ki, bu, Kesikbayevin ilk belə alış-verişi deyil. O, daha əvvəl Nyu-Yorkdakı məşhur Plaza Hoteldə yerləşən təxminən 20 milyon dollar dəyərində mənzili də cəmi 1 dollara əldə etmişdi.
Nəşrin yazdığına görə, Kesikbayevin adı əvvəllər də milyonlarla dollarlıq əmlak mübahisələri, saxtakarlıq iddiaları və beynəlxalq qalmaqallarda hallanıb. Hazırda isə Nyu-Cersidəki bu malikanə Malayziyada yeni siyasi qalmaqalın mərkəzinə çevrilib.
Sosial şəbəkələrdə mülkün alınmasında sabiq baş nazir Nəcib Razakın həyat yoldaşının da iştirak etdiyi iddia olunsa da, o, bu məlumatları təkzib edib. Rəsmi sənədlərə əsasən, malikanənin sahibi hələ də Daniyar Kesikbayevdir.
-
MDB17:38Sevastopolda muzeyə hücumu İngiltərə planlaşdırıb - SVR hesabatı açıqladı
-
Magazin217:00Məşhur cütlüyün 20 milyon dollarlıq toyu
-
Dünya16:47"Qazax şahzadəsi" ABŞ-da 35 milyonluq malikanəni cəmi 10 dollara aldı - FOTO
-
Rəsmi xronika15:44Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
-
Sosial14:58Şıx çimərliyində qalmaqallı görüntülər: Rəsmi qurum iddialara cavab verdi - VİDEO
-
Sosial14:36ƏƏSMN bu qədər şəxsi işlə təmin etdi
-
Kriminal13:05Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü - YENİLƏNDİ
-
Dünya12:08Rusların telefon zarafatı bu ölkəni qarışdırdı: İstefası tələb olunur






.jpg)







.png)





.jpg)





.jpg)






