Tramp bir aydır anons etdiyi şouda da yatdı - ABŞ-da narahatdırlar
Bizi izləyin

Dünya

Tramp bir aydır anons etdiyi şouda da yatdı - ABŞ-da narahatdırlar

Tramp bir aydır anons etdiyi şouda da yatdı - ABŞ-da narahatdırlar

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən 4 iyul atəşfəşanlıq şousu zamanı yayılan görüntülərlə gündəmə gəlib.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə Trampın atəşfəşanlığı izləyərkən bir neçə saniyə gözlərini bağlı saxladığı əks olunur.

Bu səbəbdən bəzi istifadəçilər onun tədbir zamanı mürgülədiyini iddia ediblər. İstifadəçilər bu görüntülərə “Utancverici və narahatlıq doğuran haldır”, “Babanın yatmaq vaxtı çoxdan keçib”, “Demensiya insanın bütün enerjisini alır” kimi şərhlər yazıblar.

Qeyd edək ki, Tramp daha əvvəl bu tədbiri "tarixin ən böyük atəşfəşanlıq şousu" adlandırmışdı. Ağ Evin dəstəklədiyi “Freedom 250” təşkilatının məlumatına görə, tədbirdə 850 min atəşfəşanlıq mərmisindən istifadə olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm