HƏMAS Qəzzadakı hökumətin fəaliyyətinə son verdi
Bizi izləyin

Dünya

HƏMAS Qəzzadakı hökumətin fəaliyyətinə son verdi

HƏMAS Qəzzadakı hökumətin fəaliyyətinə son verdi

HƏMAS Qəzzadakı hökumətini ləğv etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, qruplaşma bu qərarın Qəzza əhalisinin ali maraqlarını nəzərə alaraq qəbul edildiyini bildirib.

Məlumata görə, ABŞ-ın dəstəklədiyi Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitə (NCAG) bölgədə mülki idarəçiliyi öz üzərinə götürənədək komitənin fəaliyyətinə milli səviyyədə razılaşdırılmış şəxs müvəqqəti rəhbərlik edəcək.

HƏMAS bəyan edib ki, hazırda mülki idarəetmədə çalışan əməkdaşlar NCAG fəaliyyətə başladıqdan sonra da vəzifələrini davam etdirəcəklər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü 20 maddəlik sülh planının ikinci mərhələsinə əsasən, HƏMAS hakimiyyəti təhvil verməli, Qəzza zolağı silahsızlaşdırılmalı və radikal silahlı qruplardan təmizlənməlidir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm