Bloger Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edildi - Məhkəmə qərarı
Bizi izləyin

Dünya

Bloger Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edildi - Məhkəmə qərarı

Bloger Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edildi - Məhkəmə qərarı

Moskvanın Presnenski Məhkəməsi bloger Hüseyn Həsənovu çirkli pulların yuyulması işi üzrə qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə TACC məlumat yayıb.

Bloger həbs cəzası ilə yanaşı, 1 milyon rubl məbləğində cərimə ödəməlidir və 2 il müddətində internetdə hər hansı məzmun paylaşmaq hüququndan məhrum edilib.

Bundan əlavə, blogerin 46 milyon rubl dəyərində qiymətləndirilən "Moscow City"dəki mənzili də müsadirə edilib.

Məlumata görə, Hüseyn Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə 170 milyon rubldan artıq məbləğdə verginin ödənilməsindən yayınıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm