Dünya
ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
ABŞ-ın “Raytheon” və “Lockheed Martin” müdafiə şirkətləri Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına lisenziya verilməsindən ehtiyat edir.
Publika.az xəbər verir ki, bu haqda məlumat yayan "The Atlantic" yazır ki, şirkətlər Ukraynanın əldə edəcəyi texnologiyaları təkmilləşdirərək raketlərin ABŞ-dakı istehsal xətlərindən daha sürətli və daha aşağı xərclə kütləvi istehsalına başlaya biləcəyindən narahatdır.
Nəşrin məlumatına görə, ABŞ-ın müdafiə şirkətləri bu narahatlıqlarını rəsmi şəkildə intellektual mülkiyyətin oğurlanması və texnologiyaların ötürülməsi riski ilə əsaslandıra bilər.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski “Patriot” raketlərinin istehsalı üçün lisenziyanı hələ müharibənin ilk ilində ABŞ-ın keçmiş prezidenti Co Baydendən istəyib. Lakin Kiyevin müraciəti həmin vaxt səbəb göstərilmədən rədd edilib.
Zelenski bildirib ki, hazırda ABŞ prezidenti Donald Trampla lisenziyaların verilməsi məsələsində razılıq əldə olunub. O, bu qərarın müharibənin ilk illərində qəbul edilməsinin daha faydalı ola biləcəyini vurğulayıb.
Bununla belə, Donald Tramp hələ Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziyanın veriləcəyini yekun şəkildə təsdiqləməyib. ABŞ prezidenti daha əvvəl bu raketlərin öz ölkələrinə lazım olduğunu qeyd edib.
Müəllif: Adəm
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim
-
Magazin206:16Çılpaq fotoları ilə şantaj edilən məşhur: “Amansız ittihamlar məni məhv etdi” - FOTO
-
İdman04:14Fransa millisinin oyunçusu PSJ-yə keçdi


































