Dünya
Əsədin dayısı oğluna da ölüm hökmü TƏLƏB EDİLDİ - FOTO
Dəməşqdə Bəşər Əsəd rejiminin keçmiş yüksək vəzifəli şəxslərindən biri Atef Nəcibin məhkəməsində hökm mərhələsinə keçilib.
Publika.az SANA-ya istinadən xəbər verir ki, Dəməşq Ədliyyə Sarayının Dördüncü Cinayət Məhkəməsi bu gün Atef Nəcib və digər qaçaq təqsirləndirilən şəxslərə qarşı açılmış cinayət işi üzrə hökmün elan edilməsi üçün doqquzuncu iclasını keçirir.
İclasa hakim Fəxrəddin Əl-Əryan sədrlik edir. Prosesdə respublikanın baş prokuroru Həsən Əl-Türbə, Keçid Ədaləti üzrə Milli Komitənin rəhbəri Əbdülbasit Əbdüllətif və komitənin digər üzvləri, beynəlxalq hüquqi və humanitar təşkilatların nümayəndələri, həmçinin zərərçəkənlərin yaxınları iştirak edir.
Məhkəmənin avqustun 4-də keçirilən səkkizinci iclasında prokurorluğun, ittiham tərəfinin və müdafiənin çıxışları, eləcə də təqsirləndirilən Atef Nəcibin son sözləri dinlənilib.
Dövlət ittihamçısı Atef Nəcibə ən ağır cəzanın - ölüm hökmünün verilməsini tələb edib.
Qeyd edək ki, Atef Nəcib Bəşər Əsədin dayısı oğludur.
Müəllif: Adəm
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib




































