Şəkərin qiyməti kəskin bahalaşdı
Bizi izləyin

Dünya

Şəkərin qiyməti kəskin bahalaşdı

Şəkərin qiyməti kəskin bahalaşdı

Dünya bazarında şəkərin qiyməti avqustun 18-də kəskin artıb.

Publika.az xəbər verir ki, bu barədə “ICE” birjasının məlumatlarında deyilir.

Bakı vaxtı ilə saat 16:17-yə olan məlumata görə, bu qida məhsulunun qiyməti bir funt üçün 17,58 sent həddini keçib. Bu, 2025-ci ilin may ayından bəri ən yüksək göstərici olub. Daha sonra, saat 19:06-ya doğru kotirovkalar korreksiya olunaraq 17,45 sentə enib.

Dünya bazarında şəkərin qiymətinin kəskin artacağı hələ iyunun sonunda proqnozlaşdırılmışdı. Hadisələrin bu cür inkişafına “El-Ninyo” iqlim fenomeni səbəb olacaq. Məsələn, Hindistanda şəkər istehsalının 3–8 milyon ton azalması riski var.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm