İspaniyada güclü zəlzələ: Evlərdə çatlar yarandı
Bizi izləyin

Dünya

İspaniyada güclü zəlzələ: Evlərdə çatlar yarandı

İspaniyada güclü zəlzələ: Evlərdə çatlar yarandı

İspaniyanın cənubunda yerləşən Qranada əyalətində 4,7 maqnitudalı zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə RTVE məlumat yayıb.

Zəlzələnin episentri Alendin yaşayış məntəqəsindən bir neçə kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı təxminən 5 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində ölənlərin olmadığı bildirilib. Bununla belə, bölgədə müəyyən dağıntılar qeydə alınıb. Yerli hakimiyyət orqanları zərərin dəqiq miqyasını açıqlamayıb.

Xilasetmə xidmətlərinə çoxsaylı müraciətlər daxil olub. Sakinlər sürüşmələr, həmçinin tikililərdə və torpaqda çatların yarandığını bildiriblər. Fövqəladə xidmətlər də bu məlumatları təsdiqləyib.

Qeyd edək ki, Qranada ətrafında son günlərdə bu, ilk zəlzələ deyil. Avqustun 15-də bölgədə 5 maqnitudalı yeraltı təkanlar qeydə alınmışdı.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm