Dünya
Quldurlar iki gəmini ələ keçirdi: Hindistanlı dənizçilər təhlükədə
Yəmən və Somali sahillərində quldurlar iki kommersiya gəmisinə hücum edərək onları ələ keçirib. Gəmilərdə ümumilikdə 22 Hindistan vətəndaşının olduğu bildirilir.
Publika.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
İlk hadisə Ədən körfəzində baş verib. Eritreya bayrağı altında üzən "Sibu 1" tankerinə Yəmən sahilindən təxminən 30 dəniz mili məsafədə altı silahlı quldur hücum edib. Gəmidə 20 nəfərlik heyət olub, onlardan 16-sı Hindistan vətəndaşıdır. Digər ekipaj üzvləri Suriya, Sudan və İraq vətəndaşlarıdır. Məlumata görə, bütün dənizçilər təhlükəsizdir.
İkinci hadisə isə Somalinin Puntland bölgəsi sahillərində qeydə alınıb. Kamerun bayrağı altında üzən "Lutuv" yük gəmisi quldurlar tərəfindən ələ keçirilib. Gəmidəki 10 ekipaj üzvündən 6-sı Hindistan vətəndaşıdır. Quldurlar gəmini Marreyya yaşayış məntəqəsindən təxminən 3,5 dəniz mili aralıda nəzarətə götürərək Nugal sahillərinə doğru aparıblar.
Qeyd olunur ki, Hindistan hakimiyyəti vəziyyəti izləyir. Son aylarda Afrika Buynuzu bölgəsində dəniz quldurluğu hallarının artması beynəlxalq gəmiçilik şirkətlərində ciddi narahatlıq yaradıb.
Adəm
-
Nəqliyyat10:25Bu marşrutun hərəkət sxemi dəyişdirildi
-
ABŞ09:43Tramp meydan oxudu: İran böhranı bu ölkə ilə savaşa səbəb olacaq
-
Sosial08:36Bakı və Sumqayıtın bir sıra əraziləri işıqsız qalacaq
-
Dünya08:12Alyaskada təyyarə qəzası - 8 nəfərdən xəbər yoxdur
-
Sosial08:00Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıtdı - FOTO
-
Magazin106:16Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi - VİDEO
-
Qoroskop05:15Həyatında yeni səhifə açacaq 4 bürc
-
İKT04:44Kompüteri “həyata qaytarmağın" gizli yolu

































