Dünya
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
Rusiyadan İtaliyaya getmək istəyən turistlər Şengen vizalarının gecikdirilməsindən şikayətlənirlər.
Publika.az xəbər verir ki, rusiyalı Aleksandra mayın 14-də Moskvadakı Almaviva viza mərkəzinə sənədlərini təqdim edib. Onun uçuşu iyulun 19-na planlaşdırılıb. Həmin vaxt vizaların 45-60 günə verildiyi bildirilsə də, avqustun ortalarına qədər cavab ala bilməyib. Nəticədə aviabilet və otel rezervasiyaları qüvvədən düşüb. Qadın ümumilikdə 8 min avro itirdiyini deyib.
Digər rusiyalı Lyudmila isə mayın 27-də İtaliya vizası üçün müraciət edib. Onun iyulun 27-nə planlaşdırılan səfəri vizanın gecikməsi səbəbindən baş tutmayıb. Lyudmila sənədlərinin araşdırıldığını bildirsə də, pasportunun hələ də geri qaytarılmadığını və vizanın verilib-verilməyəcəyini bilmədiyini söyləyib.
Rusiyalı turistlər Moskvadakı viza mərkəzlərində boş yerlərin azlığından və vasitəçilərin xidmətlərindən də narazıdırlar. Onların iddiasına görə, viza üçün növbə əldə etmək 10-20 min rubla başa gəlir.
Qeyd edək ki, daha əvvəl Türkiyə Hava Yolları Şengen vizası olan rusiyalı sərnişini İtaliyaya uçuşa buraxmayıb. Buna səbəb vizanın EES sisteminə yüklənməməsi olub.
Müəllif: Adəm
-
Nəqliyyat10:25Bu marşrutun hərəkət sxemi dəyişdirildi
-
ABŞ09:43Tramp meydan oxudu: İran böhranı bu ölkə ilə savaşa səbəb olacaq
-
Sosial08:36Bakı və Sumqayıtın bir sıra əraziləri işıqsız qalacaq
-
Dünya08:12Alyaskada təyyarə qəzası - 8 nəfərdən xəbər yoxdur
-
Sosial08:00Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıtdı - FOTO
-
Qoroskop05:15Həyatında yeni səhifə açacaq 4 bürc
-
İKT04:44Kompüteri “həyata qaytarmağın" gizli yolu
-
Magazin102:12Yenicə ailə quran Xana əri ilə tanışlıq hekayəsini danışdı - VİDEO














.jpg)



















