Dünya
ABŞ-ın sanksiyalarına cavab olaraq bu addımı atacağıq - İran hədələdi
İran ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalara cavab olaraq Hörmüz boğazını tam blokadaya alma ehtimalını gündəmə gətirib.
Publika.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi açıqlayıb.
Rzayi bildirib ki, ABŞ-ın İrana qarşı iqtisadi təzyiqinə Körfəzdən başlayaraq dəniz təcrid zonasının yaradılması ilə cavab verilə bilər. O, həmçinin ABŞ-ın regiondakı hərbi gəmiləri və bazalarına qarşı əməliyyat strategiyasının yenidən nəzərdən keçirildiyini qeyd edib.
İran Xarici İşlər Nazirliyi də Tehranın ABŞ-ın dəniz blokadası və sanksiyalarına cavab olaraq öz maraqlarını qorumaq üçün tədbirlər görmək hüququna malik olduğunu açıqlayıb.
Qeyd edək ki, Vaşinqton avqust ayında İranın maliyyə təcridini gücləndirmək məqsədilə yeni sanksiyalar tətbiq etməyə başlayıb. Sentyabrın əvvəlində ABŞ maliyyə naziri Skott Bessent Avropa İttifaqının da İrana qarşı iqtisadi təzyiq kampaniyasına qoşulduğunu bildirib.
-
Nəqliyyat08:24Bakıda yağışlı günün mənzərəsi: bu küçələrdə tıxac var - Siyahı/Foto
-
Qoroskop01:20Günün ulduz falı: bunları etmək sizə mənəvi rahatlıq gətirəcək
-
Magazin27 Sentyabr 22:18“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib - Özü açıqladı
-
İdman7 Sentyabr 20:48Neymar, Messi və Suares yenidən bir komandada? - MSN planı gündəmdə
-
Ekologiya7 Sentyabr 20:12Yağışlı Bakıdan görüntülər - Video
-
Cənubi Qafqaz7 Sentyabr 16:18Qarabağ canisi olan general Ermənistandan imtina etdi
-
Nida Xəbər 7 Sentyabr 14:24Prezidentin vəzifə verdiyi Osman Xaliyev kimdir? - Dosye
-
Rəsmi xronika7 Sentyabr 13:57İlham Əliyev sərəncam imzaladı










.jpg)









.jpg)









.png)





