Avropanın yeni sağını kim formalaşdırır? - Tramp, Bannon və İsrail detalı gündəmdə
Bizi izləyin

Dünya

Avropanın yeni sağını kim formalaşdırır? - Tramp, Bannon və İsrail detalı gündəmdə

Avropanın yeni sağını kim formalaşdırır? - Tramp, Bannon və İsrail detalı gündəmdə

Avropada sağ-populist və ifrat sağ partiyaların yüksəlişi qitənin siyasi xəritəsini dəyişir. Lakin ekspertlər hesab edir ki, bu proses klassik ifrat sağın güclənməsi deyil, sağın ideoloji transformasiyasıdır.

Publika.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Nəşrə danışan ekspert Canan Tercanın sözlərinə görə, ənənəvi ifrat sağ antisemitizm, antikommunizm, antiamerikanizm və antikapitalizmlə xarakterizə olunurdusa, bugünkü yeni sağ ABŞ və İsrailə yaxın, kapitalist, NATO və Aİ ilə uyğunlaşan xətt nümayiş etdirir. Onların əsas hədəfi isə miqrasiya və İslamdır.

Tercan bu dönüşü Fransanın Milli Birlik, İsveç Demokratları, Almaniyanın AfD, İtaliyanın FdI və İspaniyanın VOX kimi partiyalarının timsalında izah edib.

Ekspertə görə, bu prosesdə ABŞ prezidenti Donald Trampın “America First” modelinin Avropaya yayılmasına çalışan Stiv Bannon mühüm rol oynayıb. Bannonun yaratdığı “The Movement” şəbəkəsi Avropadakı sağ-populist qüvvələri vahid siyasi şəbəkədə birləşdirməyə çalışıb.

Bu şəbəkənin digər istiqaməti İsraillə əlaqələrdir. Tercan Avropanın yeni sağını ABŞ-dakı Tramp-Bannon xətti, Avropa sağ partiyaları və İsrail sağındakı bəzi aktorlar arasında formalaşan “transatlantik siyasi və kommunikasiya şəbəkəsi” kimi xarakterizə edir.

Canan Tercanın qənaətinə görə, Avropada yüksələn model klassik ifrat sağdan daha çox mərkəz sağa yaxınlaşan sağ-populist hərəkatdır. Miqrasiya, sərhədlər və İslam əleyhdarlığı isə bu qüvvələrin əsas seçici mobilizasiya vasitəsinə çevrilib.

Qeyd edək ki, Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası 43,8 faiz səslə birinci olub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm